Tarif (qiymət) Şurasının yeni qərarları açıqlanıb. Yanvarın 2-dən qüvvəyə minən qərarlara görə, əhali qrupu üzrə tariflər belə müəyyən olunur:
Təbii qaz
ildə 1200 kubmetrədək (1200 kubmetr daxil) istehlak – kubmetri 12,5 qəpik;
ildə 1200-2500 kubmetr istehlak – kubmetri 22 qəpik;
ildə 2500 kubmetrdən çox istehlak – kubmetri 30 qəpik.
Elektrik enerjisi
ayda 200 kilovat-saatadək (200 kilovat-saat daxil) istehlak – kilovat-saatı 8,4 qəpik;
ayda 200 kilovat-saatdan 300 kilovat-saatadək (300 kilovat-saat daxil) istehlak – kilovat-saatı 10 qəpik;
ayda 300 kilovat-saatdan çox istehlak – kilovat-saatı 15 qəpik.
İstilik təchizatı
1 kvadratmetr yaşayış sahəsi üçün ayda 30 qəpik.
2005-ci ildə yaradılan Tarif Şurası prezidentin müəyyən etdiyi hallar istisna olmaqla dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial orqandır. Şuraya iqtisadiyyat naziri sədrlik edir.