Tarif (qiymət) Şurasının yeni qərarları açıqlanıb. Yanvarın 2-dən qüvvəyə minən qərarlara görə, əhali qrupu üzrə tariflər belə müəyyən olunur:
Təbii qaz
ildə 1200 kubmetrədək (1200 kubmetr daxil) istehlak – kubmetri 12,5 qəpik;
ildə 1200-2500 kubmetr istehlak – kubmetri 22 qəpik;
ildə 2500 kubmetrdən çox istehlak – kubmetri 30 qəpik.
Elektrik enerjisi
ayda 200 kilovat-saatadək (200 kilovat-saat daxil) istehlak – kilovat-saatı 8,4 qəpik;
ayda 200 kilovat-saatdan 300 kilovat-saatadək (300 kilovat-saat daxil) istehlak – kilovat-saatı 10 qəpik;
ayda 300 kilovat-saatdan çox istehlak – kilovat-saatı 15 qəpik.
İstilik təchizatı
1 kvadratmetr yaşayış sahəsi üçün ayda 30 qəpik (sayğac quraşdırıldığı halda 1 qiqakalori üçün 14,60 manat).
2005-ci ildə yaradılan Tarif Şurası prezidentin müəyyən etdiyi hallar istisna olmaqla dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial orqandır. Şuraya iqtisadiyyat naziri sədrlik edir.
Qalan əsas tariflər belədir:
Su təchizatı və tullantı sularının axıdılması
Kubmetri Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 1 manat;
digər inzibati ərazi vahidlərində – 90 qəpik.
Bərk məişət tullantılarının yığılması və daşınması
1 nəfər üçün Bakı şəhərində – ayda 1 manat;
digər inzibati ərazi vahidlərində – ayda 70 qəpik.