Mərkəzi Bank 2025-ci ildə uçot dərəcəsi (kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsi) qərarlarının hansı günlərdə təqdim ediləcəyini açıqlayıb: 22 yanvar, 12 mart, 23 aprel, 11 iyun, 23 iyul, 10 sentyabr, 22 oktyabr, 10 dekabr.
Hazırda uçot dərəcəsi 7,25 faizdir.
2008-ci il 13 faiz, 2009-cu il 8 faiz, 2010-cu il 2 faiz, 2011-ci il 3 faiz, 2012-ci il 5,25 faiz, 2013-cü il 5 faiz, 2014-cü il 4,75 faiz, 2015-ci il 3,5 faiz, 2016-cı il 3 faiz, 2017 və 2018-ci illər 15 faiz, 2019-cu il 9,75 faiz, 2020-ci il 7,5 faiz, 2021-ci il 6,25 faiz, 2022-ci il 7,25 faiz, 2023-cü il 8,25 faiz, 2024-cü il 8 faizlə start götürüb.