2025-ci ilin dövlət büdcəsində televiziya, radio və nəşriyyat istiqaməti üzrə 67,7 milyon manat xərc nəzərdə tutulur. Vəsaitin 42,6 milyon manata yaxını “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 21,8 milyon manata yaxını İctimai Televiziya və Radio Yayımları Şirkətinin, 2,3 milyon manatdan çoxu “Azərbaycan” nəşriyyatının payına düşür.
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinə ayrılan vəsait 718,8 min manatı, Mədəniyyət Nazirliyinə ayrılan vəsait 292,6 min manatı, radio və televiziya redaksiyalarının saxlanması üçün ayrılan vəsait 30,1 min manatı ötür.
Audiovizual Şurası büdcədən 2,8 milyon manata yaxın, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 9,4 milyon manata yaxın, Medianın İnkişafı Agentliyi 8 milyon manatdan çox vəsait götürür.