2025-ci il yanvarın 1-dən Azərbaycanda muzdlu işçilərin minimum aylıq əməkhaqqı 400 manata çatdırılır. Türkiyədə həmin göstəricinin 22104 lirə (1065,4 manat), Rusiyada 22440 rubl (381,4 manat), Belarusda 726 rubl (354,6 manat), Qazaxıstanda 85000 təngə (280,4 manat) olması nəzərdə tutulur.
Ukraynada minimum maaş 8000 qrivna (324,8 manat), Ermənistanda 75000 dramdır (321,9 manat).