Mərkəzi Bankın hesabatına görə, dekabrın 1-nə Azərbaycanın 22 bankının ümumilikdə 50 milyard 164,6 milyon manat aktivi, 43 milyard 662,6 milyon manat öhdəliyi olub.
Qaytarılma vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat göstərilir. 2024-cü il 437,8 milyon manatla başlayıb.
Qeyd olunur ki, ölkədə 27 milyard 368,1 milyon manat kredit, 14 milyard 235,6 milyon manat əmanət rəsmiləşib.
Bakıda 20,9 milyard manat kredit qeydə alınıb. Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1 milyard 60,5 milyon manat, Gəncə-Daşkəsən – 816,1 milyon manat, Lənkəran-Astara – 638,5 milyon manat, Mərkəzi Aran – 540,7 milyon manat, Şəki-Zaqatala – 534,5 milyon manat, Qazax-Tovuz – 516,7 milyon manat, Qarabağ – 485,9 milyon manat, Quba-Xaçmaz – 460,9 milyon manat, Şirvan-Salyan – 427,4 milyon manat, Naxçıvan – 422,2 milyon manat, Mil-Muğan – 288,1 milyon manat, Dağlıq Şirvan – 182,7 milyon manat, Şərqi Zəngəzur – 17,3 milyon manat.
Bakıda 12,5 milyard manat əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 516 milyon manat, Gəncə-Daşkəsən – 228,8 milyon manat, Quba-Xaçmaz – 134,9 milyon manat, Lənkəran-Astara – 127,3 milyon manat, Şəki-Zaqatala – 125,2 milyon manat, Mərkəzi Aran – 122,1 milyon manat, Qazax-Tovuz – 111,9 milyon manat, Qarabağ – 89,5 milyon manat, Naxçıvan – 72,6 milyon manat, Şirvan-Salyan – 70 milyon manat, Mil-Muğan – 48 milyon manat, Dağlıq Şirvan – 43,9 milyon manat, Şərqi Zəngəzur – 392 min manat.