2024-cü il noyabrın 1-nə paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1251,6 manata çatıb. Hesabatı yayan Bakı Şəhər Statistika İdarəsi bildirir ki, yanvar-noyabr aylarında sənayedə 48,4 milyard manatlıq istehsal və xidmət qeydə alınıb, 2023-cü ilin eyni dövrünə nəzərən ticarət dövriyyəsinin həcmi 5 faiz, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 15,2 faiz, ödənişli xidmətlərin dəyəri real ifadədə 9,2 faiz artıb.