ABŞ-da prezident seçkisinin daha bir mərhələsi arxada qalıb. Dekabrın 17-də Seçicilər Kollegiyası Respublikaçılar Partiyasından Donald Trampı 312 səslə dövlət başçısı seçib. Noyabrın 5-də keçirilmiş ümumxalq səsverməsində Donald Tramp 538 nəfərlik Seçicilər Kollegiyasında bir o qədər nümayəndəyə sahib çıxmışdı.
Seçicilər Kollegiyasının seçimi 2025-ci il yanvarın 6-sı Konqresdə (Nümayəndələr Palatası ilə Senatın birgə iclasında) təsdiq edilməli, yanvarın 20-də yeni prezident and içməlidir.
1946-cı il təvəllüdlü Donald Tramp 2016-cı ilin prezident seçkisini udaraq 2017-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamış, 2020-ci ilin prezident seçkisində məğlub olmuşdu.
Tarixi ənənəyə, 1951-ci ildən bəri isə həm də konstitusiya normasına görə, ABŞ-da eyni şəxs maksimum iki dəfə prezident seçilə bilər. Yalnız Franklin Ruzvelt dövlət başçısı postuna dörd dəfə mandat alıb.
1789-cu ildən bəri ABŞ prezidenti vəzifəsində 45 şəxs əyləşib:
Corc Vaşinqton: 1789-1797
Con Adams: 1797-1801
Tomas Cefferson: 1801-1809
Ceyms Medison: 1809-1817
Ceyms Monro: 1817-1825
Con Kuinsi Adams: 1825-1829
Endrü Cekson: 1829-1837
Martin Van Buren: 1837-1841
Uilyam Harrison: 1841
Con Tayler: 1841-1845
Ceyms Noks Polk: 1845-1849
Zakari Teylor: 1849-1850
Millard Fillmor: 1850-1853
Franklin Pirs: 1853-1857
Ceyms Bükenen: 1857-1861
Avraam Linkoln: 1861-1865
Endrü Conson: 1865-1869
Uliss Qrant: 1869-1877
Raterford Heys: 1877-1881
Ceyms Harfild: 1881
Çester Artur: 1881-1885
Qrover Klivlend: 1885-1889 və 1893-1897
Bencamin Harrison: 1889-1893
Uilyam Mak-Kinli: 1897-1901
Teodor Ruzvelt: 1901-1909
Uilyam Taft: 1909-1913
Vudro Vilson: 1913-1921
Uorren Hardinq: 1921-1923
Kalvin Kulic: 1923-1929
Herbert Huver: 1929-1933
Franklin Ruzvelt: 1933-1945
Harri Trumen: 1945-1953
Duayt Eyzenhauer: 1953-1961
Con Kennedi: 1961-1963
Lindon Conson: 1963-1969
Riçard Nikson: 1969-1974
Cerald Ford: 1974-1977
Cimmi Karter: 1977-1981
Ronald Reyqan: 1981-1989
Corc Buş (ata): 1989-1993
Bill Klinton: 1993-2001
Corc Buş (oğul): 2001-2009
Barak Obama: 2009-2017
Donald Tramp: 2017-2021
Cozef Bayden: 2021-dən.