Azərbaycanın Dövlət Statistika Komitəsi 2024-cü il noyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının 993,2 manata çatdığını bəyan edib.
İqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3534,2 manat;
maliyyə və sığorta fəaliyyəti – 2698,2 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1672,5 manat;
informasiya və rabitə – 1663,6 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1373,6 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1366,3 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1084,9 manat;
tikinti – 1075,6 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1057,9 manat;
emal sənayesi – 896,8 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 845,5 manat;
təhsil – 746,4 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 744,3 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 739,7 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 722 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 673,2 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 607,1 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 572 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1237,3 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.
Bəs yaxın ölkələrdə vəziyyət necədir?
Gürcüstanın Milli Statistika Xidməti 2024-cü ilin son rübünə orta maaşı 2056,7 lari (1244,3 manat), Ukraynanın Dövlət Statistika Xidməti 21946 qrivna (893,2 manat), Özbəkistanın Statistika Agentliyi 5,1 milyon som (679,9 manat) göstərib.
Avrasiya İqtisadi Komissiyasının hesabatına görə, oktyabrın 1-nə Rusiyada orta maaş 1577,6 manata, Qazaxıstanda 1451,8 manata, Ermənistanda 1212,1 manata, Belarusda 1173 manata, Qırğızıstanda 695,3 manata bərabər olub.