2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 365,1 milyon manatlıq ümumi daxili məhsul qeydə alınıb. Hesabatı yayan yerli Dövlət Statistika Komitəsi adambaşına ümumi daxili məhsulu 2906,5 manat göstərir.
Məlumata görə, yanvar-noyabr aylarında sənayedə 1,3 faiz geriləmə, sərmayə qoyuluşunda 7 faiz, kənd təsərrüfatında 1,1 faiz, yük daşınmasında 0,9 faiz, sərnişin daşınmasında 1,2 faiz, informasiya və rabitə xidmətlərinin dəyərində 3 faiz, pərakəndə ticarət dövriyyəsində 1,2 faiz, ödənişli xidmətlərin dəyərində 0,8 faiz, əhalinin banklardakı əmanətlərinin məbləğində 43,6 faiz artım rəsmiləşib.
Xarici ticarət dövriyyəsində 16,3 faiz, o cümlədən ixracda 30,4 faiz, idxalda 14,7 faiz azalma olduğu bildirilir.
Qeyd olunur ki, noyabrın 1-nə muxtar respublikada orta aylıq nominal əməkhaqqı 771,1 manata çatıb.