• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstanda prezident seçkisi

  • 14 Dekabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Gürcüstanın Seçicilər Kollegiyası dekabrın 14-də ölkənin yeni prezidentini seçib. Dövlət başçısı postuna yeganə iddiaçı – Mixail Kavelaşvili mandat alıb. Onu hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası namizəd göstərib.

Seçicilər Kollegiyası ölkə parlamentinin deputatlarından, Acarıstan Muxtar Respublikasının və Abxaziya Muxtar Respublikasının (bu bölgə, eləcə də Cənubi Osetiya vilayəti Rusiyanın işğalı altındadır) ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarətdir.

1971-ci il təvəllüdlü Mixail Kavelaşvili məşhur futbolçudur, Gürcüstan, Rusiya, İngiltərə və İsveçrənin bir çox komandasının hücumçusu olub, Gürcüstan yığmasında çıxış edib, altıqat Gürcüstan çempionu, Rusiya və İsveçrə çempionudur.

Mixail Kavelaşvili parlamentin deputatı, Gürcü Arzusuna yaxın olan Xalqın Gücü Partiyasının siyasi katibidir.

Prezidentin səlahiyyət müddəti 5 ildir.

İndiki prezident Salome Zurabişvili 2018-ci ilin ümumxalq səsverməsində 6 il müddətinə seçilib. Onun səlahiyyəti dekabrın 29-da başa çatır.

Gürcüstanda hökuməti 150 nəfərlik parlamentdə azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.

2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkisində Gürcü Arzusu 89 mandata sahib çıxıb. 61 mandat müxalifətə qismət olub, ancaq bu qüvvələr yeni parlamenti boykot edir, prezident seçkisini də qanunsuz sayır. Prezident Salome Zurabişvili bu məsələdə müxaliflərə həmrəydir.

Turizmin vəziyyəti

  • 13 Dekabr 2024
  • comments

Ruhu üzünə çıxan dünya

  • 14 Dekabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda