2025-ci il yanvarın 1-dən Gürcüstanda 70 yaşa qədər şəxslərə 350 lari, 70 və daha yuxarı yaşlı şəxslərə 450 lari minimum pensiya ödənişi nəzərdə tutulur. Yüksək dağlıq bölgələrdə minimum pensiya məbləğinin müvafiq olaraq 420 və 540 lariyə çatacağı bildirilir.
100 Gürcüstan larisi 60,07 manatdır.
Gürcüstanda qadınlar 60, kişilər 65 yaşda pensiyaya çıxır.
Azərbaycanda minimum pensiya 280 manatdır. Kişilər 65, qadınlar 64 yaşda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq.