• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Artım və azalmalar

  • 12 Dekabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Yanvar-noyabr aylarında Azərbaycanda 113 milyard 282,4 milyon manatlıq, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi neft-qaz sektorunda artımı 0,4 faiz, qeyri-neft/qaz sektorunda 6,4 faiz, əhalinin hər nəfərinə düşən ÜDM-i 11104,2 manat göstərir.

Rəsmi bilgiyə görə, yanvar-noyabr aylarında əsas kapitala 15 milyard 910,3 milyon manat məbləğində, ötən ilin eyni dövrünə nəzərən 3,8 faiz az investisiya yönəldilib, neft-qaz sektoruna sərmayə 9 faiz, qeyri-neft/qaz sektoruna 1,1 faiz azalıb.

Sənaye istehsalında 1,1 faiz artım qeydə alındığı vurğulanır: neft-qaz sektorunda 0,6 faiz, qeyri-neft/qaz sektorunda 7,2 faiz.

Pərakəndə ticarət dövriyyəsinin real ifadədə 3,8 faiz artdığı, yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsinin real ifadədə 3,9 faiz, idxalın 0,4 faiz, ixracın 5,9 faiz azaldığı xəbər verilir.

Qeyd olunur ki, noyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manata çatıb.

Azərbaycanda pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Yekun rəqəm 2025-ci ilin fevralında açıqlanacaq.

Minimum pensiya 280 manatdır.

ÜDM-də ən böyük yüksəliş 2006-cı ilə təsadüf edib: 34,5 faiz.

2005-ci ildə 26,4 faiz, 2007-ci ildə 25 faiz, 2003-cü ildə 11,2 faiz, 2000-ci ildə 11,1 faiz, 2008-ci ildə 10,8 faiz, 2002-ci ildə 10,6 faiz, 2004-cü ildə 10,2 faiz, 1998-ci ildə 10 faiz, 2001-ci ildə 9,9 faiz, 2009-cu ildə 9,3 faiz, 1999-cu ildə 7,4 faiz, 1997 və 2013-cü illərdə 5,8 faiz, 2021-ci ildə 5,6 faiz, 2010-cu ildə 5 faiz, 2022-ci ildə 4,6 faiz artım rəsmiləşib.

2014-cü il 2,8 faiz, 2019-cu il 2,5 faiz, 2012-ci il 2,2 faiz, 2018-ci il 1,5 faiz, 1996-cı il 1,3 faiz, 2015 və 2023-cü illər 1,1 faiz, 2017-ci il 0,2 faiz, 2011-ci il 0,1 faiz yüksəlişlə bitib.

1995-ci ildə ÜDM 11,8 faiz, 2016-cı ildə 3,1 faiz, 2020-ci ildə 4,2 faiz azalıb.

Qaçaqmal işinin mümkün cəzaları

  • 12 Dekabr 2024
  • comments

Finiş yolunda

  • 13 Dekabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0
comments
Xəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda