• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rumıniyada prezident seçkisi dayandırıldı

  • 06 Dekabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Rumıniyada prezident seçkisinin birinci turunun nəticələri ləğv edilib. Qərarı dekabrın 6-da ölkənin Konstitusiya Məhkəməsi verib.

Noyabrın 24-də keçirilmiş ilk turda 13 iddiaçı yarışmış, partiyasız namizəd Kalin Corcesku 22,94 faiz, Rumıniyanın Xilası İttifaqının təmsilçisi Yelena Laskoni 19,18 faiz səslə önə çıxmışdılar. İkinci tur dekabrın 8-də olmalı idi. Konstitusiya Məhkəməsinin 6 dekabr qərarı prezident seçkisi kampaniyasının yenidən təşkil olunmasını nəzərdə tutur.

İddialara görə, Rusiyaya meyilli siyasətçi kimi tanınan Kalin Corceskunun seçki kampaniyası xaricdən qanunsuz maliyyələşib və bu amil ilk turun nəticəsinə təsir göstərib.

Prezidentin səlahiyyət müddəti beş ildir. 2014 və 2019-cu illərdə Klaus Yohannis dövlət başçısı seçilib.

Ölkədə hökuməti dörd ildən bir proporsional üsulla (partiya siyahıları üzrə) seçilən parlamentdə çoxluq əldə edən siyasi qüvvə qurur.

Dekabrın 1-də keçirilmiş parlament seçkisindən sonra 136 nəfərlik Senat və 331 nəfərlik Deputatlar Palatasında mandatlar belə bölünüb: Sosial Demokrat Partiyası – 36 senator, 86 deputat; Rumınların Birliyi Alyansı – 28 senator, 64 deputat; Milli Liberal Partiya – 22 senator, 49 deputat; Rumıniyanın Xilası İttifaqı – 19 senator, 40 deputat; SOS Partiyası – 12 senator, 27 deputat; Rumıniya Macarlarının Demokratik İttifaqı – 10 senator, 22 deputat; Gənclər Partiyası – 9 senator, 24 deputat; milli azlıq partiyaları – 19 deputat.

Bakının sosial-iqtisadi göstəriciləri

  • 06 Dekabr 2024
  • comments

Yeni həbslər

  • 08 Dekabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda