Fransa parlamentinin aşağı palatası – Milli Məclis dekabrın 4-də hökumətə etimadsızlıq göstərib. Qərar ifrat sağ və sol mövqeli qüvvələrin təşəbbüsü ilə qəbul olunub. Bu, sentyabrın 5-dən baş nazir postunu tutan Mişel Barnyenin azlıq hökumətinin aşması deməkdir.
Ölkədə hökumət həm prezident seçkisinin, həm də Milli Məclisə seçkinin nəticələri əsasında formalaşır.
2017 və 2022-ci illərdə Emmanuel Makron prezident seçilib. Dövlət başçısının İntibah Partiyası və müttəfiqləri Milli Məclisə 2024-cü il iyunun 30-u və iyulun 7-də keçirilmiş növbədənkənar seçkidə uduzsalar da, azlıq hökuməti qura bilmişdilər.
577 yerlik Milli Məclisdə hökumət qanadının 211, müxaliflərin 356 mandatı var. Hökumət qurmaq üçün 289 səs gərəkdir.
Səlahiyyət müddəti 5 il olan Milli Məclis 577 təkmandatlı dairədə seçilir.
Bölgələrdəki kollegiyaların seçdiyi 348 nəfərlik yuxarı palatanın – Senatın səlahiyyət müddəti 6 ildir.