• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rüfət Səfərova ittihamlar

  • 04 Dekabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Dekabrın 3-ü axşam Bakıda tutulan hüquq müdafiəçisi Rüfət Səfərova külli miqdarda ziyan vurmaqla dələduzluq, xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma ittihamları irəli sürülüb. İstintaqı Binəqədi Rayon Polis İdarəsi aparır. İddiaya görə, Rüfət Səfərov və atası torpaq sahəsi satmaq üçün pul aldıqları vətəndaşı aldadıblar, hüquq müdafiəçisi həmin şəxsə fiziki təzyiq də göstərib.

Dekabrın 4-də Binəqədi Rayon Məhkəməsi Rüfət Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Rüfət Səfərov Eldar Sabiroğlunun övladıdır. Eldar Sabiroğlu 1995-2000-ci illərdə Milli Məclisin deputatı, 2007-2013-cü illərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi olub.

Rüfət Səfərov 2015-ci ilin dekabr ayında baş prokurora ərizə yazaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, ölkədəki kütləvi ədalətsizliyə etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.

Baş Prokurorluq isə bəyan edib ki, Rüfət Səfərov vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub. Bunun ardınca Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sabiq müstəntiqə cinayət işi qaldırıb. 2016-cı il yanvarın 15-də Rüfət Səfərov həbs edilib, yanvarın 22-də ev dustaqlığına buraxılıb. Sentyabrın 8-də Rüfət Səfərov rüşvət almaqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu il martın 17-də Rüfət Səfərov əfv sərəncamı əsasında azadlığa buraxılıb.

2020-ci il iyulun 20-də bir qrup hüquqçu və ictimai fəalla birgə Müdafiə Xətti adlı hüquq müdafiə təşkilatı yaradan Rüfət Səfərov qurumun icraçı direktoru seçilib.

Qonşuluqda qiymətlər

  • 04 Dekabr 2024
  • comments

Fransa hökuməti aşdı

  • 05 Dekabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda