Rəsmi statistikaya görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2024-cü ilin 11 ayında keçirdiyi valyuta hərraclarında 6 milyard 494 milyon ABŞ dolları məbləğində vəsait satıb: yanvarda fonddan 417 milyon, fevralda 920,5 milyon, martda 498,3 milyon, apreldə 623,4 milyon, mayda 558,6 milyon, iyunda 405,6 milyon, iyulda 826,3 milyon, avqustda 763 milyon, sentyabrda 732,3 milyon, oktyabrda 174,4 milyon, noyabrda 574,6 milyon dollar alınıb.
Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard dollar göstərilib.
2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.