Mərkəzi Bank dekabrın 1-nə valyuta ehtiyatını 10 milyard 967,8 milyon dollar göstərib. 2024-cü il 11 milyard 613 milyon dollarla başlayıb, 11 ayda 645,2 milyon dollar azalma qeydə alınıb.
2015-ci ilə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı olub, 2016-cı ilə 5 milyard 16,7 milyon dollara, 2017-ci ilə 3 milyard 974,4 milyon dollara düşüb.
2018-ci il 5 milyard 334,6 milyon dollar, 2019-cu il 5 milyard 625,7 milyon dollar, 2020-ci il 6 milyard 258 milyon dollar, 2021-ci il 6 milyard 369,4 milyon dollar, 2022-ci il 7 milyard 75 milyon dollar, 2023-cü il 8 milyard 995,7 milyon dollarla start götürüb.