Azərbaycanın ümumi kredit portfelində problemli kreditlərin payı 1,7 faizdir. Hesabatı yayan Mərkəzi Bank noyabrın 1-nə qaytarılma vaxtı keçmiş kreditlərin məbləğini 479,8 milyon manat göstərib. Bunun 108 milyon manatı xarici valyutada kreditlərdir.
Rəsmi statistika 2015-ci ilə 976,3 milyon manat məbləğində problemli kredit qeydə alıb. Həmin ilin devalvasiyaları problemli kreditləri artırıb. 2016-cı ilə 1 milyard 508,5 milyon manat, 2017-ci ilə 1 milyard 472,6 milyon manat, 2018-ci ilə 1 milyard 626,7 milyon manat, 2019-cu ilə 1 milyard 585 milyon manat problemli kredit rəsmiləşib.
2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib.
2020-ci ilə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273,1 milyon manat, 2021-ci ilə 893,1 milyon manat, 2022-ci ilə 719,4 milyon manat, 2023-cü ilə 593,7 milyon manat, 2024-cü ilə 437,8 milyon manat olub.