• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstan prezident seçkisinə gedir

  • 26 Noyabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Gürcüstanda prezident seçkisi dekabrın 14-də keçiriləcək. Rəsmi məlumat noyabrın 26-da açıqlanıb.

Dövlət başçısı və ali baş komandan statuslu prezidenti Seçicilər Kollegiyası seçəcək. 300 nəfərlik kollegiya ölkə parlamentinin deputatlarından, Acarıstan Muxtar Respublikasının və Abxaziya Muxtar Respublikasının (bu bölgə, eləcə də Cənubi Osetiya vilayəti Rusiyanın işğalı altındadır) ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarətdir.

40 yaşına çatmış, ölkədə azı 15 il yaşamış şəxs prezident seçilə bilər. Namizəd göstərilmək üçün Seçicilər Kollegiyası üzvlərinin azı 30-nun imzası gərəkdir. İlk turda seçilməyə üçdə iki səs çoxluğu, ikinci turda seçilməyə sadə səs çoxluğu gərəkdir.

Prezidentin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz.

İndiki prezident Salome Zurabişvili 2018-ci ilin ümumxalq səsverməsində 6 il müddətinə mandat alıb. Onun səlahiyyəti dekabrın 16-da başa çatır.

Gürcüstanda hökuməti proporsional üsulla (partiya siyahıları üzrə) seçilən 150 nəfərlik qanunverici orqanda azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.

2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkisində Gürcü Arzusu 89 mandata sahib çıxıb. 61 mandat müxalifətə qismət olub, ancaq bu qüvvələr yeni parlamenti boykot edir.

Rublun günü

  • 26 Noyabr 2024
  • comments

Büdcə layihəsində gəlir və xərclər

  • 26 Noyabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda