2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 16,6 milyard dollarlıq məhsul gətirilib. Hesabatı yayan Dövlət Gömrük Komitəsi əsas idxal məhsullarının ilk üçlüyündə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrini (3,1 milyard dollar), nəqliyyat vasitələri və onların hissələrini (1 milyard 978,8 milyon dollar), yeyinti məhsullarını (1 milyard 970,4 milyon dollar) göstərir.
Qalan məhsullar belə sıralanır: qara metallar və onlardan hazırlanan məmulatlar – 978,1 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar – 445,3 milyon dollar, əczaçılıq məhsulları – 430,4 milyon dollar, geyim və geyim ləvazimatı – 345,5 milyon dollar, oduncaq və ondan hazırlanan məmulatlar – 327,3 milyon dollar, mebel və onun hissələri – 137,4 milyon dollar, tütün və tütün məmulatları – 100,8 milyon dollar, gübrə – 63,6 milyon dollar.