Nikol Paşinyanın baş nazirlik etdiyi Ermənistan hökumətinin tərkibi qismən yenilənib: Mger Qriqoryan, Tiqran Xaçatryan – baş nazirin müavinləri, Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Srbui Qalyan – ədliyyə naziri, Arpine Sərkisyan – daxili işlər naziri, Gevork Papoyan – iqtisadiyyat naziri, Vaqe Ovannisyan – maliyyə naziri, Mxitar Ayrapetyan – yüksək texnologiyalar sənayesi naziri, David Xudatyan – ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan – əmək və sosial məsələlər naziri, Janna Andreasyan – elm, təhsil, mədəniyyət və idman naziri, Anait Avanesyan – səhiyyə naziri, Akop Simidyan – ətraf mühit naziri.
1975-ci il təvəllüdlü Nikol Paşinyan 2018-ci il mayın 8-dən baş nazir postundadır. 2018-ci il dekabrın 9-da keçirilmiş parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkisini Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurub.