Dövlət Statistika Komitəsi 2024-cü il oktyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 993 manat göstərib. Hesabata görə, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3572 manat;
maliyyə və sığorta fəaliyyəti – 2721,8 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1681,5 manat;
informasiya və rabitə – 1671,4 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1374,2 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1361,4 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1082,4 manat;
tikinti – 1071 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1060,7 manat;
emal sənayesi – 896,6 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 848,6 manat;
təhsil – 744,3 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 742,8 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 734,3 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 722,9 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 669,7 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 605,2 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 567,9 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1235,7 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.
Statistikaya əsasən, muzdlu işçilərin 31,8 min nəfəri neft-qaz sektorunda, 1 milyon 736,5 min nəfəri qeyri-neft/qaz sektorunda çalışıb, noyabrın 1-nə iqtisadi fəal əhalinin 5 milyon 25,3 min nəfəri məşğul şəxs, 214,7 min nəfəri işsiz kimi rəsmiləşib.
Yanvar-sentyabr aylarında ölkədə 69,6 min yeni iş yerinin açıldığı, 9,5 min iş yerinin bağlandığı vurğulanır.