Rəsmi hesabata görə, yanvar-oktyabr aylarında dövlət büdcəsinə 31 milyard 542,5 milyon manat gəlib, büdcədən 28 milyard 108,2 milyon manat xərclənib.
Azərbaycanın 2024-cü il büdcəsində 36 milyard 388 milyon manat gəlir, 39 milyard 742,3 milyon manat xərc nəzərdə tutulur. Doqquz aylıq icra göstəriciləri belədir:
yanvar – 3 milyard 465,9 milyon manat gəlir, 1 milyard 723,6 milyon manat xərc;
fevral – 3 milyard 45 milyon manat gəlir, 3 milyard 529,4 milyon manat xərc;
mart – 2 milyard 723,2 milyon manat gəlir, 3 milyard 159,6 milyon manat xərc;
aprel – 4 milyard 25,3 milyon manat gəlir, 2 milyard 336,9 milyon manat xərc;
may – 2 milyard 746,4 milyon manat gəlir, 2 milyard 723,4 milyon manat xərc;
iyun – 2 milyard 837 milyon manat gəlir, 2 milyard 579,2 milyon manat xərc;
iyul – 3 milyard 742 milyon manat gəlir, 3 milyard 406,3 milyon manat xərc;
avqust – 2 milyard 638,6 milyon manat gəlir, 2 milyard 904 milyon manat xərc;
sentyabr – 2 milyard 513,6 milyon manat gəlir, 2 milyard 811,9 milyon manat xərc.
Dövlət Statistika Komitəsi həmçinin bildirir ki, yanvar-oktyabr aylarında ölkədə kənd təsərrüfatı məhsulu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 1,5 faiz, bitkiçilik məhsulları istehsalı 0,5 faiz).
Nəqliyyat sektorunda yük daşınması üzrə yüksəliş 4,1 faiz, sərnişin daşınması üzrə 9,2 faiz göstərilir.
Qeyd olunur ki, informasiya və rabitə xidmətlərinin həcmi 12,1 faiz, ictimai iaşə dövriyyəsi real ifadədə 11,1 faiz, ödənişli xidmətlərin dəyəri real ifadədə 8,3 faiz, əhalinin gəlirləri nominal ifadədə 5,8 faiz artıb.
2025-ci ilin dövlət büdcəsi layihəsində gəlir proqnozu 38 milyard 316 milyon manat, xərc proqnozu 41 milyard 367,6 milyon manatdır.