• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni parlament və boykot yolunda

  • 18 Noyabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Gürcüstanın yeni seçilmiş parlamentinin ilk iclası noyabrın 25-nə təyin oluna bilər. Rəsmi nəticələrə görə, oktyabrın 26-da keçirilmiş seçkidə hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 150 nəfərlik parlamentdə 89 mandata sahib çıxıb. Qalan 61 mandat müxalifətə qismət olub: Yeniliklər koalisiyası 19, Birlik – Milli Hərəkat koalisiyası 16, Güclü Gürcüstan koalisiyası 14, Gürcüstan Uğrunda Partiyası 12 yer götürüb. Bu qüvvələr yeni parlamenti boykot edir. Qanunverici orqanın fəaliyyətə başlaması üçün azı 100 deputatın səlahiyyətinin rəsmiləşməsi gərəkdir.

Gürcüstanda hökuməti proporsional üsulla (partiya siyahıları üzrə) seçilən qanunverici orqanda azı 76 mandatı olan partiya qurur. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində də Gürcü Arzusu qalib gəlib.

Yeni seçilmiş parlament fəaliyyətə başlayandan sonra 45 gün ərzində prezident seçkisi keçirilməlidir.

Gürcüstanda prezident dövlət başçısı və ali baş komandandır, icra hakimiyyətinə isə baş nazir rəhbərlik edir.

İndiki prezident Salome Zurabişvili 2018-ci il noyabrın 28-i ümumxalq səsverməsində mandat alıb, dekabrın 16-da səlahiyyətlərinin icrasına başlayıb.

Növbəti prezidenti Seçicilər Kollegiyası seçəcək. 300 nəfərlik kollegiya ölkə parlamentinin deputatlarından, Acarıstan Muxtar Respublikasının və Abxaziya Muxtar Respublikasının (bu bölgə işğal altındadır) ali təmsilçi orqanlarının və yerli özünüidarəetmə qurumlarının nümayəndələrindən ibarətdir.

Prezidentin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz.

Artım və azalmalar

  • 17 Noyabr 2024
  • comments

Pensiyada artım faizi

  • 18 Noyabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda