“Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 35-ə çatıb: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Niderland, Norveç, Portuqaliya, San Marino, Serbiya, Sloveniya, Ukrayna, Yunanıstan.
İsveçrənin Bazel şəhərində keçiriləcək yarışın ilk yarımfinalı mayın 13-nə, ikinci yarımfinalı mayın 15-nə, finalı mayın 17-nə təyin olunub.
İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya”da İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.