• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tramp

  • 06 Noyabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Sabiq dövlət başçısı, Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp noyabrın 5-də keçirilmiş ümumxalq səsverməsində 538 nəfərlik Seçicilər Kollegiyasına 292 nümayəndə əldə edir.

Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris 224 nümayəndə ilə göstərilir.

Qələbə üçün 270 nümayəndə tələb olunur.

Prezidenti 50 ştat və 1 federal dairəni təmsil edən Seçicilər Kollegiyası seçir, bu barədə qərarı Konqres (Nümayəndələr Palatası ilə Senatın birgə iclası) təsdiqləyir.

Donald Tramp 1946-cı il iyunun 14-də doğulub. Orta təhsilini Nyu-York Hərbi Akademiyasının internat məktəbində alıb, Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, tikinti maqnatı kimi ad çıxarıb.

1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür.

2016-cı il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib, 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb.

2020-ci il noyabrın 3-də keçirilmiş prezident seçkisinin ümumxalq səsverməsi mərhələsində Donald Tramp Demokratlar Partiyasının namizədi Cozef Baydenə uduzub.

1789-cu ildən bəri ABŞ prezidenti vəzifəsində 45 şəxs əyləşib. Ölkədə eyni şəxs maksimum iki dəfə prezident seçilə bilər. Yalnız Franklin Ruzvelt dövlət başçısı postuna dörd dəfə (1932, 1936, 1940, 1944-cü illərdə) mandat alıb.

2021-ci il yanvarın 20-dən dövlət başçısı olan Cozef Bayden bir müddətlə kifayətlənib.

ABŞ-da prezident seçkisi

  • 06 Noyabr 2024
  • comments

Hərbi təlim toplanışlarında yeni qayda

  • 07 Noyabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda