Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanır. Hesabata görə, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 88 mandat əldə edir.
Yeniliklər koalisiyası 19, Birlik – Milli Hərəkat koalisiyası 16, Güclü Gürcüstan koalisiyası 14, Gürcüstan Uğrunda Partiyası 13 mandat götürür.
Qalan seçki iştirakçılarının 5 faizlik baryeri aşmadığı bildirilir.
Hökuməti proporsional üsulla (partiya siyahıları üzrə) seçilən 150 yerlik qanunverici orqanda azı 76 mandatı olan partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gəlib.