2024-cü il oktyabrın 1-nə Azərbaycanda 26,7 milyard manatdan çox kredit, 14,2 milyard manata yaxın əmanət rəsmiləşib.
Mərkəzi Bankın hesabatına görə, Bakıda 20,5 milyard manat kredit qeydə alınıb. Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 997,2 milyon manat, Gəncə-Daşkəsən – 793,5 milyon manat, Lənkəran-Astara – 617,5 milyon manat, Mərkəzi Aran – 531,5 milyon manat, Şəki-Zaqatala – 528,9 milyon manat, Qazax-Tovuz – 499,3 milyon manat, Qarabağ – 473 milyon manat, Quba-Xaçmaz – 449,9 milyon manat, Şirvan-Salyan – 423,5 milyon manat, Naxçıvan – 417,1 milyon manat, Mil-Muğan – 286 milyon manat, Dağlıq Şirvan – 179,1 milyon manat.
Bakıda 12,5 milyard manat əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 453,7 milyon manat, Gəncə-Daşkəsən – 219,8 milyon manat, Quba-Xaçmaz – 138 milyon manat, Şəki-Zaqatala – 127,3 milyon manat, Lənkəran-Astara – 123,4 milyon manat, Mərkəzi Aran – 115,6 milyon manat, Qazax-Tovuz – 114,7 milyon manat, Qarabağ – 84,5 milyon manat, Şirvan-Salyan – 67,8 milyon manat, Naxçıvan – 64,6 milyon manat, Mil-Muğan – 48,8 milyon manat, Dağlıq Şirvan – 43,2 milyon manat.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə statistika açıqlanmır.