Belarusda növbəti prezident seçkisi 2025-ci il yanvarın 26-na təyin olunub. Qərar parlamentin Nümayəndələr Palatasının 23 oktyabr iclasında verilib.
1991-ci ildən müstəqil dövlət olan Belarusda 6 prezident seçkisi keçirilib. Onların hamısını indiki dövlət başçısı Aleksandr Lukaşenko udub. 1954-cü il təvəllüdlü Aleksandr Lukaşenko ilk dəfə 1994-cü ildə 5 il müddətinə prezident seçilib. 1996-cı ildə onun səlahiyyət müddəti 2001-ci ilədək uzadılıb. 2001-ci ildə Aleksandr Lukaşenko ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü ildə bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010, 2015 və 2020-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.
2022-ci ildə eyni şəxsin iki dəfədən çox prezident seçilməsinə qadağa bərpa edilib, ancaq Aleksandr Lukaşenkonun daha iki dəfə prezident seçilmək imkanı var.