• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Moldovanın seçimi

  • 21 Oktyabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Moldovada oktyabrın 20-də keçirilmiş referendumun və prezident seçkisinin ilkin nəticələri açıqlanır. Rəsmi hesabata görə, seçicilərin 50 faizindən bir qədər çoxu Moldovanın Avropa İttifaqına üzvlüyünün konstitusiyada hədəf kimi göstərilməsi ideyasına dəstək verir.

11 iddiaçının qatıldığı prezident seçkisində isə 42 faizə yaxın səslə dövlət başçısı Mayya Sandu öndə göstərilir. O, noyabrın 3-nə təyin olunmuş ikinci turda müxalif Sosialist Partiyasının namizədi, sabiq baş prokuror Aleksandr Stoyanoqlo ilə yarışacaq. 1967-ci il təvəllüdlü Aleksandr Stoyanoqlo qaqauzdur.

Mayya Sandu 1972-ci ildə doğulub. Maarif naziri, baş nazir postlarını tutub, 2020-ci il noyabrın 15-də prezident seçilib, dekabrın 24-də səlahiyyətlərinin icrasına başlayıb.

Parlament respublikası olan Moldovada hökuməti 101 yerlik qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan partiya qurur. Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyası parlamentdə 62 mandatla təmsil olunur.

Prezidentin səlahiyyət müddəti 4 ildir.

Moldovanın Dnestryanı bölgəsi 1990-cı ildə ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.

Türkdilli qaqauzların sıx yaşadığı əraziyə 1994-cü ildə muxtariyyət statusu verilib. Qaqauz Muxtar Ərazi Qurumu (Qaqauz Yeri) Rusiyaya yaxın sayılır.

Moldova 2022-ci il iyunun 23-dən Avropa İttifaqı üzvlüyünə namizəddir. 1957-ci ildə yaradılan Avropa İttifaqı 27 ölkəni bir araya gətirir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Aktivlər 62 milyard dolları döyür

  • 18 Oktyabr 2024
  • comments

Dotasiya alacaq rayonlar

  • 21 Oktyabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Türkiyədə qiymətlər

Son materiallar

comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda