Milli Məclis bələdiyyə qanunvericiliyində yeniliklər üzrə layihələri açıqlayıb. Təklif 1400 bələdiyyənin birləşdirilməsi ilə bələdiyyələrin sayının 1606-dan 685-ə endirilməsini nəzərdə tutur (Siyahı).
Oktyabrın üçüncü ongünlüyündə bələdiyyə seçkilərinin elan olunması gözlənir. Seçkilərin dekabrın 22-də keçirilməsi ehtimalı var. Bu, Azərbaycanda bələdiyyə institutu yaradılandan bəri altıncı seçkilər olacaq. Əvvəlki seçkilər 12 dekabr 1999-cu ilə, 17 dekabr 2004-cü ilə, 23 dekabr 2009-cu ilə, 23 dekabr 2014-cü ilə və 23 dekabr 2019-cu ilə düşüb.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.
Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkilərinin təyin olunması qərarı səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilməlidir.