2025-ci ilin dövlət büdcəsinin layihəsi parlamentə təqdim olunub. Büdcədə 38 milyard 316 milyon manat gəlir, 41 milyard 367,6 milyon manat xərc nəzərdə tutulur.
Xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 8 milyard 444,1 milyon manat; müdafiə və milli təhlükəsizlik – 8 milyard 396,2 milyon manat; ümumi dövlət xidmətləri – 5 milyard 247,2 milyon manat; sosial müdafiə və sosial təminat – 4 milyard 811,7 milyon manat; təhsil – 4 milyard 946 milyon manat; məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 3 milyard 205,1 milyon manat; səhiyyə – 1 milyard 999,4 milyon manat; kənd təsərrüfatı – 1 milyard 171,8 milyon manat; mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 635,2 milyon manat; ətraf mühitin mühafizəsi – 417,6 milyon manat; mənzil və kommunal təsərrüfatı – 364,2 milyon manat, əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 728,3 milyon manat.