“Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin siyahısı yenilənib. İsveçrənin Bazel şəhərində keçiriləcək yarışa qatılmağa ev sahibi ilə yanaşı 32 ölkə razılıq verib: Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Norveç, Portuqaliya, San Marino, Serbiya, Sloveniya, Ukrayna, Yunanıstan.
Müsabiqənin ilk yarımfinalı mayın 13-nə, ikinci yarımfinalı mayın 15-nə, finalı mayın 17-nə təyin olunub.
İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya”da İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.