• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Naxçıvan: yeni Ali Məclisin siftəsi

  • 26 Sentyabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni tərkibdə ilk iclası keçirilib, Bəxtiyar Məmmədov sədrin birinci müavini, Arzu Abdullayev sədrin müavini seçilib. Bəxtiyar Məmmədov sədrin səlahiyyətlərini də həyata keçirəcək.

Dairələr üzrə seçilən 45 üzvdən ibarət Ali Məclisin səlahiyyət müddəti 5 ildir. Son seçki sentyabrın 1-də olub.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir. Bölgədə qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini yerli Nazirlər Kabineti həyata keçirir.

Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədridir.

Bölgənin baş nazirini ölkə prezidentinin təqdimatı ilə Ali Məclis təyin edir.

2022-ci il dekabrın 21-dən Ali Məclisin sədri postu boşdur. Həmin gündən sədrin səlahiyyətlərini birinci müavin Azər Zeynalov, 2023-cü il oktyabrın 5-dən müavin Anar İbrahimov icra edib.

2022-ci il dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəliyini təsis olunub. Səlahiyyətli nümayəndə postunu Fuad Nəcəfli tutur.

Naxçıvanın muxtariyyətinin rəsmi tarixi 1924-cü il fevralın 9-dan hesablanır. Status Rusiya və Türkiyə arasında Moskva müqaviləsi (16 mart 1921-ci il), Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi (13 oktyabr 1921-ci il) ilə rəsmiləşib. Moskva müqaviləsinə əsasən, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edib. Bu zaman Azərbaycanın həmin himayəni heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti qoyulub. Qars müqaviləsinə görə, Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlib.

Mərkəzi Bankın statistik bülleteni

  • 26 Sentyabr 2024
  • comments

Ermənistanın makroiqtisadi göstəriciləri

  • 26 Sentyabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda