• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mərkəzi Bankın statistik bülleteni

  • 26 Sentyabr 2024
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

Mərkəzi Bankın statistik bülleteninə görə, 2024-cü il sentyabrın 1-nə Azərbaycanın 22 bankının ümumilikdə 49 milyard 567,7 milyon manat aktivi, 43 milyard 256 milyon manat öhdəliyi olub.

Qaytarılma vaxtı keçmiş kreditlərin məbləği 473,1 milyon manat göstərilir. 2024-cü il 437,8 milyon manatla başlamışdı.

Sentyabrın 1-nə ölkədə 26 milyard 75,6 milyon manat kredit, 14 milyard 185,5 milyon manat əmanət rəsmiləşib.

Hesabata əsasən, Bakıda 20 milyard 28,3 milyon manat kredit qeydə alınıb. Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 969,1 milyon manat, Gəncə-Daşkəsən – 769,3 milyon manat, Lənkəran-Astara – 606,2 milyon manat, Mərkəzi Aran – 532,7 milyon manat, Qazax-Tovuz – 490,1 milyon manat, Şəki-Zaqatala – 478,6 milyon manat, Qarabağ – 465,5 milyon manat, Quba-Xaçmaz – 442,6 milyon manat, Şirvan-Salyan – 419,4 milyon manat, Naxçıvan – 415,6 milyon manat, Mil-Muğan – 282 milyon manat, Dağlıq Şirvan – 175,6 milyon manat.

Bakıda 12 milyard 593,5 milyon manat əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 453,2 milyon manat, Gəncə-Daşkəsən – 221,6 milyon manat, Quba-Xaçmaz – 134,9 milyon manat, Lənkəran-Astara – 122,5 milyon manat, Şəki-Zaqatala – 120,3 milyon manat, Mərkəzi Aran – 116,7 milyon manat, Qazax-Tovuz – 109,4 milyon manat, Qarabağ – 85 milyon manat, Naxçıvan – 70,3 milyon manat, Şirvan-Salyan – 67,9 milyon manat, Mil-Muğan – 45,7 milyon manat, Dağlıq Şirvan – 43,7 milyon manat.

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə statistika açıqlanmır.

2015-ci ilə 976,3 milyon manat məbləğində problemli kredit qeydə alınıb. Həmin ilin devalvasiyaları problemli kreditlərin artımına rəvac verib. 2016-cı ilə 1 milyard 508,5 milyon manat, 2017-ci ilə 1 milyard 472,6 milyon manat, 2018-ci ilə 1 milyard 626,7 milyon manat, 2019-cu ilə 1 milyard 585 milyon manat problemli kredit rəsmiləşib.

2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib.

2020-ci ilə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273,1 milyon manat, 2021-ci ilə 893,1 milyon manat, 2022-ci ilə 719,4 milyon manat, 2023-cü ilə 593,7 milyon manat olub.

Sərhəd bağlı qaldı

  • 25 Sentyabr 2024
  • comments

Naxçıvan: yeni Ali Məclisin siftəsi

  • 26 Sentyabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda