Dövlət Statistika Komitəsi 2024-cü il avqustun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 1002,4 manat göstərib. Hesabata görə, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3632,2 manat;
maliyyə və sığorta fəaliyyəti – 2826,9 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1718 manat;
informasiya və rabitə – 1704,3 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1389,6 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1359,3 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1091 manat;
tikinti – 1069,5 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1069,2 manat;
emal sənayesi – 898,3 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 855,4 manat;
təhsil – 757 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 750,1 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 744,7 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 723 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 670 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 602,8 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 565 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1213,6 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.