Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-avqust ayları üzrə ümumi daxili məhsul (ÜDM) artımını 4,3 faiz göstərib.
ÜDM-də ən böyük yüksəliş 2006-cı ilə təsadüf edib: 34,5 faiz.
2005-ci ildə 26,4 faiz, 2007-ci ildə 25 faiz, 2003-cü ildə 11,2 faiz, 2000-ci ildə 11,1 faiz, 2008-ci ildə 10,8 faiz, 2002-ci ildə 10,6 faiz, 2004-cü ildə 10,2 faiz, 1998-ci ildə 10 faiz, 2001-ci ildə 9,9 faiz, 2009-cu ildə 9,3 faiz artım rəsmiləşib.
1999-cu ildə ÜDM 7,4 faiz, 1997 və 2013-cü illərdə 5,8 faiz, 2021-ci ildə 5,6 faiz, 2010-cu ildə 5 faiz, 2022-ci ildə 4,6 faiz artıb.
2014-cü il 2,8 faiz, 2019-cu il 2,5 faiz, 2012-ci il 2,2 faiz, 2018-ci il 1,5 faiz, 1996-cı il 1,3 faiz, 2015 və 2023-cü illər 1,1 faiz, 2017-ci il 0,2 faiz, 2011-ci il 0,1 faiz yüksəlişlə bitib.
1995-ci ildə ÜDM-in 11,8 faiz, 2016-cı ildə 3,1 faiz, 2020-ci ildə 4,2 faiz azaldığı bəyan edilib.