Azərbaycanda pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. 2024-cü ilin yanvar-iyul aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nəzərən 8,3 faiz artıb.
2024-cü il iyulun 1-nə ölkədə 1 milyon 101 min nəfər pensiyaçı olub.
Minimum pensiya 280 manat, ölkə üzrə pensiyaların orta aylıq məbləği 491 manatdır.
Ölkədə kişilər 65, qadınlar 64 yaşda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (40320 manat) tələb olunur. 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.