Energetika Nazirliyinin hesabatına görə, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda kondensatla birlikdə 19,3 milyon ton neft çıxarılıb.
Beynəlxalq öhdəlik ölkənin gündəlik xam neft hasilatı normasını 551 min barrel müəyyən edib.
Sentyabrın 10-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 75,90 dollara satılır.
Dövlət büdcəsində bir barrel neft 75 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82,75, iyula 90,06, avqusta 84,02, sentyabra 81,56 dollarla başlayıb.
Neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton göstərilib.