Fransada yeni hökumət qurulur. Sentyabrın 5-də baş nazir təyin olunmuş Mişel Barnyenin formalaşdırdığı hökumət parlamentin aşağı palatası – Milli Məclisdə 289 səslə təsdiqlənməlidir.
Milli Məclis 577 yerlikdir. Prezident Emmanuel Makronun İntibah Partiyası və müttəfiqləri 213, müxalif qüvvələr (ifrat sağ mövqeli Milli Birlik Partiyası, solçuları birləşdirən Yeni Xalq Cəbhəsi və başqaları) 364 mandata sahibdir.