• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İki dövlətin cəzası

  • 05 Sentyabr 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 5-də azərbaycanlı jurnalist Əfqan Muxtarlının şikayəti üzrə qərarını elan edib. Qərara görə, Əfqan Muxtarlının Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan bir çox hüququ pozulub, cavabdehlər – Gürcüstan dövləti ona 12500 avro, Azərbaycan dövləti 8500 avro təzminat ödəməlidir.

Əfqan Muxtarlı 1974-cü ildə doğulub. Birinci Qarabağ müharibəsinin veteranıdır.

Demokratik medianın təmsilçisi kimi tanınan Əfqan Muxtarlı bir müddət ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb.

O, 2017-ci il mayın 29-da tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları bəyan edib ki, Əfqan Muxtarlı Gürcüstandan Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.

2018-ci il yanvarın 12-də Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı ilə birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.

2020-ci il martın 17-də Əfqan Muxtarlı həbsdən buraxılaraq Almaniyaya aparılıb. Həmin gün jurnalistin cəzasının qalan hissəsi cərimə ilə əvəzlənib.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Gürcüstan: seçkiyə 27 partiya qatılıb

  • 05 Sentyabr 2024
  • comments

Şair Gəray Göyyurdun yubiley təqdimatı

  • 06 Sentyabr 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda