Sentyabrın 1-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə, prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası 125 yerlik Milli Məclisə 68 mandatla düşür.
Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq, Demokratiya Partiyası 2 yer götürür.
Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası 1 mandat qazanır.
44 mandat partiyasız şəxslərə qismət olur.