Mərkəzi Bank avronu yanvarda maksimum 1,8662, fevralda 1,8485, martda 1,8602, apreldə 1,8456, mayda 1,8505, iyunda 1,8546, iyulda 1,8588, avqustda 1,9010 manata təklif edib.
Gürcüstan larisinin zirvəsi yanvarda 0,6406, fevralda 0,6442, martda 0,6407, apreldə 0,6379, mayda 0,6363, iyunda 0,6090, iyulda 0,6308, avqustda 0,6332 manat olub.
Rusiya rublunun rəsmi məzənnəsi yanvarda 0,0194, fevral və martda 0,0188, apreldə 0,0185, mayda 0,0192, iyunda 0,0199, iyul və avqustda 0,02 manatı ötməyib.
Türkiyə lirəsinin yuxarı qiyməti yanvarda 0,0571, fevralda 0,0560, martda 0,0542, apreldə 0,0532, may və iyunda 0,0528, iyulda 0,0522, avqustda 0,0512 manat göstərilib.
2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata satılır.