Yanvar-iyul aylarında Ermənistanın ümumi daxili məhsulu 2023-cü ilin eyni dövrünə nəzərən 9,6 faiz artıb. Hesabatı yayan Statistika Komitəsi ticarət dövriyyəsində yüksəlişi 21,4 faiz, tikinti sektorunda 16,1 faiz, sənaye istehsalında 15,7 faiz, xidmət sahəsində 4,5 faiz göstərir.
Məlumata əsasən, ixracda 2,2 dəfə, idxalda 79,1 faiz artım qeydə alınıb.