2024-cü il iyulun 1-nə Azərbaycan paytaxtında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1268,7 manata çatıb. Hesabatı yayan Bakı Şəhər Statistika İdarəsi bildirir ki, yanvar-iyul aylarında sənayedə 31,2 milyard manatlıq istehsal və xidmət qeydə alınıb, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 4,4 faiz, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 8,2 faiz, ödənişli xidmətlərin dəyəri real ifadədə 8 faiz artıb.