2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 2,3 milyard dollarlıq, Rusiyaya 656 milyon, Gürcüstana 306,8 milyon, Ukraynaya 116,8 milyon, Türkmənistana 52,8 milyon, Qazaxıstana 39,1 milyon, Belarusa 25,4 milyon, Qırğızıstana 23,1 milyon, Özbəkistana 18,6 milyon, İrana 7,6 milyon, Estoniyaya 5,9 milyon, Latviyaya 3,2 milyon, Litvaya 3 milyon, Moldovaya 2,8 milyon, Tacikistana 2,7 milyon dollarlıq məhsul göndərilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, yeddi ayda Azərbaycan Rusiyadan 1,9 milyard, Türkiyədən 1,2 milyard dollarlıq, İrandan 339,4 milyon, Belarusdan 222,8 milyon, Türkmənistandan 208,5 milyon, Ukraynadan 163,9 milyon, Özbəkistandan 99,6 milyon, Qazaxıstandan 97,1 milyon, Gürcüstandan 55,2 milyon, Litvadan 19 milyon, Latviyadan 12 milyon, Qırğızıstandan 5,1 milyon, Estoniyadan 4 milyon, Moldovadan 3,2 milyon dollarlıq, Tacikistandan 463 min dollarlıq mal alıb.