2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın ixracının 88,3 faizi (14,2 milyard dolları) neft-qaz sektorunun payına düşüb.
Dövlət Gömrük Komitəsi qeyri-neft/qaz sektoru üzrə ixracı 1,8 milyard dollar göstərir. Hesabata görə, meyvə-tərəvəz ixracı 383,8 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar ixracı 228,5 milyon dollar, kimya sənayesi məhsulları ixracı 149,7 milyon dollar, pambıq lifi ixracı 126,4 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar ixracı 118,8 milyon dollar, elektrik enerjisi ixracı 51,7 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatlar ixracı 45,1 milyon dollar, alkoqollu və alkoqolsuz içkilər, sirkə ixracı 42,1 milyon dollar, sement ixracı 26,1 milyon dollar, tərəvəz və meyvələrin emal məhsulları ixracı 21,4 milyon dollar, şəkər ixracı 19,7 milyon dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 15,9 milyon dollar, iplik pambıq ixracı 14,4 milyon dollar, çay ixracı 3,5 milyon dollar dəyərində rəsmiləşib.
Yeddi ayın əsas idxal məhsulları belə sıralanır: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 2,1 milyard dollar, yeyinti məhsulları – 1,3 milyard dollar, nəqliyyat vasitələri və onların hissələri – 1,2 milyard dollar, qara metallar və onlardan hazırlanan məmulatlar – 679,9 milyon dollar, əczaçılıq məhsulları – 305,4 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar – 301,6 milyon dollar, oduncaq və ondan hazırlanan məmulatlar – 222,1 milyon dollar, geyim və geyim ləvazimatı – 212,4 milyon dollar, mebel və onun hissələri – 83,2 milyon dollar, tütün və tütün məmulatları – 67,4 milyon dollar, gübrə – 46,5 milyon dollar.