Dövlət Statistika Komitəsinin yeddi aylıq hesabatına görə, Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,8 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 1,5 faiz, bitkiçilik məhsulları istehsalı 0,2 faiz).
Nəqliyyat sektorunda yük daşınmasının 4,1 faiz, sərnişin daşınmasının 8,7 faiz artdığı bildirilir.
Əhalinin gəlirlərində artım 5,8 faiz, ictimai iaşə dövriyyəsində 8,2 faiz, ödənişli xidmətlərin dəyərində 7,4 faiz göstərilir.
Rəsmi məlumata görə, yeddi ayda dövlət büdcəsinə 22 milyard 584,9 milyon manat vəsait daxil olub, büdcədən 19 milyard 458,4 milyon manat vəsait xərclənib.
2024-cü ilin dövlət büdcəsində 36 milyard 388 milyon manat gəlir, 39 milyard 742,3 milyon manat xərc nəzərdə tutulur. Yarım illik icra göstəriciləri belədir:
yanvar – 3 milyard 465,9 milyon manat gəlir, 1 milyard 723,6 milyon manat xərc;
fevral – 3 milyard 45 milyon manat gəlir, 3 milyard 529,4 milyon manat xərc;
mart – 2 milyard 723,2 milyon manat gəlir, 3 milyard 159,6 milyon manat xərc;
aprel – 4 milyard 25,3 milyon manat gəlir, 2 milyard 336,9 milyon manat xərc;
may – 2 milyard 746,4 milyon manat gəlir, 2 milyard 723,4 milyon manat xərc;
iyun – 2 milyard 837 milyon manat gəlir, 2 milyard 579,2 milyon manat xərc.