• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kərimli işi

  • 13 Avqust 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Nəsimi Rayon Məhkəməsi AXCP sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayətə baxır. Vətəndaş Aydın Əliyev Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyir.

147.1-ci maddəyə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Aydın Əliyev 2015-ci ildən AXCP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olub. O, 2019-cu ildə partiya üzvlüyündən çıxarılıb, ancaq 2022-ci ildə məhkəmə həmin qərarı ləğv edib.

2024-cü il iyulun 5-də Nəsimi Rayon Məhkəməsi Aydın Əliyevin iddiası əsasında AXCP-nin 24 iyun 2023-cü il qurultayının nəticələrini etibarsız sayıb. Əli Kərimli bununla bağlı şərhində Aydın Əliyevin bir vaxt partiyadan qurumun siyasi kursundan yayındığına, hakimiyyətlə əməkdaşlığa görə xaric edildiyini vurğulayıb. Aydın Əliyev bu şərhi böhtan kimi dəyərləndirir.

Azərbaycan Xalq Cəbhəsi 1989-cu ildə yaradılıb, 1995-ci ildə partiyaya çevrilib.

1965-ci il təvəllüdlü Əli Kərimli Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993-cü illər) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb.

AXC (AXCP) sədrinin müavini, birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. AXCP-yə 2000-ci ildən rəhbərlik edir.

Artımlar, azalmalar

  • 13 Avqust 2024
  • comments

Dövlət Miqrasiya Xidmətinin hesabatı

  • 14 Avqust 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda